AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Geri

21 sentyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.

Geri

21 sentyabr 2023-cü il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd divan-kreslo və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 sentyabr 2023-cü il saat 08:00-dək:

Ağdaş rayonunun Pirəzə kəndində “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 m² sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 m² sahədə yanıb. Yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 sentyabr 2023-cü il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

21 sentyabr 2023-cü il saat 02:00-dək:

Bakı şəhərinin Xətai rayonunda “İsuzu” markalı avtobusun yanar hissələri, yaxınlıqda "Opel" markalı minik avtomobilinin yanar hissələri, 4 ədəd plastik zibil qutusu və 1 ədəd ağac yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.