AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Geri

24 mart 2023-cü il saat 23:00-dək:

Gəncə şəhərində ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 19:00-dək:

Şəmkir rayonunun İsgəndərli kəndində həyətyanı sahədə yığılan 40 ton ot bağlamasının 16 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 18:45-dək:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhərində ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 5 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 18:15-dək:

Ağdam rayonunun Cinli kəndində açıq ərazidə 10 ha sahədə quru ot, kol-kos və 30 ədəd ağac qismən yanıb. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 16:30-dək:

Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 40 m² olan qamış və taxtadan ibarət tövlənin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 200 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Tövlənin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

24 mart 2023-cü il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

24 mart 2023-cü il saat 07:35-dək:

Neftçala rayonunun Şorkənd kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli tikilinin (qeyri-yaşayış, fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 mart 2023-cü il saat 00:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 4 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın, 1 ədəd aspirator və 1 ədəd kondisioner yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.