AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ








Geri

25 may 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Gödəklər kəndində “Shacman” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə şəhərində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonu, Ulacalı kəndində ümumi sahəsi 50 m² olan tövlənin və bitişik ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqadakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 may 2022-ci il saat 00:15-dək:

Şəmkir rayonunun Çənlibel kəndində həyətyanı sahədə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu, bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.