AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

26 sentyabr 2021-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 sentyabr 2021-ci il saat 12:15-dək:

24.09.2021-ci il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb. V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

26 sentyabr 2021-ci il saat 09:30-dək:

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

26 sentyabr 2021-ci il saat 09:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m²) ikimərtəbəli evin birinci mərtəbəsində mətbəx mebeli və əşyalar 15 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 112 m² olan talvarın taxta atmaları və altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Sabunçu və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 sentyabr 2021-ci il saat 08:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub. FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Geri

26 sentyabr 2021-ci il saat 08:30-dək:

Saatlı rayonunun Gomuşçu kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli mağazanın lambirindən ibarət tavanı 75 m² sahədə və içərisindəki təsərrüfat malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunun Məlikli kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü və içərisinə yığılan 1,5 ton ot bağlaması yanıb. Tövləyə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Hacıəhmədli kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində, avtomobil bazarının ərazisində ümumi sahəsi 30 m² olan köşkün (dönərxana, su satışı və s) yanar konstruksiyaları və içərisində 4 ədəd soyuducu yanıb. Yanğın zamanı köşkün içərisində olan 6 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.