AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

25 noyabr 2021-ci il saat 07:30-dək:

Şamaxı rayonunda ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sex və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 noyabr 2021-ci il saat 05:30-dək:

Sabirabad rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.