AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Quba rayonunun Zərdabi qəsəbəsində ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 2,4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəki şəhərinin Qırxbulaq kəndində ümumi sahəsi 120 m² olan tövlənin çardağının yanar konstruksiyaları 85 m² sahədə və çardağına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gədəbəy rayonunun Novoivanovka kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saatlı rayonunun Əliabad kəndində ümumi sahəsi 77 m² olan (üst örtüyü qamışdan ibarət) birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.