AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Saatlı rayonunun Əliabad kəndində ümumi sahəsi 77 m² olan (üst örtüyü qamışdan ibarət) birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.