AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ







Geri

02 dekabr 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

02 dekabr 2020-ci il saat 08:00-dək:

Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən  mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyevin Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.