AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ









Geri

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Mingəçevir şəhərində, Kür çayının sahilində keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və kiçikhəcmli gəmilərin istifadəçiləri iştirak ediblər.

Görüşdə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, kiçikhəcmli gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Kiçikhəcmli gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydaları da izah edilib.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq...

Ardını oxu