AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ









Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

15 iyun 2021-ci il tarixində Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” istirahət mərkəzində istirahət edən FHN əməkdaşlarının ailə üzvləri ilə birgə görüş keçirib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, bü hadisənin böyük ictimai-siyasi və tarixi mahiyyətindən danışıb. Qeyd edib ki, məhz 1993-cü ilin 15 iyununda məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycan xalqının təkidli istəyi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət ulu öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderimizin həyata keçirdiyi mütərəqqi sosial-iqtisadi islahatlar ölkəmizin günü-gündən inkişafına və qüdrətlənməsinə zəmin yaratdı. Ordu quruculuğu sahəsində görülmüş mühüm tədbirlər nəticəsində müasir və güclü Azərbaycan ordusunun formalaşmasına başlanıldı. Ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu və uzaqgörən xarici siyasət respublikamızın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə və Azərbaycana olan inamın və etibarın formalaşmasına şərait yaratdı. “Əsrin müqaviləsi”nin reallaşdırılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi və digər bu kimi dünya miqyaslı mühüm layihələrin icrası ölkəmizin çiçəklənməsinə yeni imkanlar yaratdı.

M.İsmayılov bildirib ki, Ulu Öndərin ideyaları bu gün də uğurla həyata keçirilməkdədir. Onun sözlərinə görə, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, respublikamızın davamlı inkişafı naminə gördüyü işlər Azərbaycanı dünya miqyasında söz sahibinə çevirib. Natiq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun əldə etdiyi böyük tarixi Qələbədən danışaraq bildirib ki, Azərbaycan xalqı nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi. Tarixi Qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdıran Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri artıq Qarabağ ərazisində də geniş abadlıq və quruculuq işlərinə başlanıldığını, vətəndaşların istirahəti üçün mühüm işlərə start verildiyini deyib.

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq...

Ardını oxu