AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

Geri

02 aprel 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü azyaşlı olmaqla 10 nəfərə müvafiq köməklik göstərilib.

Geri

02 aprel 2023-cü il saat 08:00-dək:

İmişli rayonunun Ağaməmmədli kəndində ferma ərazisində ümumi sahəsi 20 m² olan vaqon tipli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları yanıb. Ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.