AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ








Geri

23 iyun 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

23 iyun 2022-ci il saat 07:45-dək:

Cəlilabad rayonunun Sərhədabad kəndində həyətyanı sahədə yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

23 iyun 2022-ci il saat 05:00-dək:

Salyan rayonunun Yenikənd kəndində 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Çaxırlı kəndində 300 m² biçilməmiş taxıl sahəsi yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 iyun 2022-ci il saat 00:15-dək:

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 156 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 48 m² sahədə və tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.