AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ






Geri

14 yanvar 2022-ci il saat 21:00-dək:

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 19:15-dək:

Qazax şəhərində ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

14 yanvar 2022-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 yanvar 2022-ci il saat 13:15-dək:

Sumqayıt şəhərində "Opel" markalı minik avtomobilinin qismən mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 09:15-dək:

İmişli şəhərində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi ərzaq mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 08:15-dək:

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 270 m² olan qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb, yüksək temperaturdan damın altına yığılan plastikdən ibarət profillər əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Qağacılı kəndində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2022-ci il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonu ərazisində “LADA” markalı minik avtomobilinin yol kənarında maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 yanvar 2022-ci il saat 01:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1500 m² (hər mərtəbəsi 750 m²) olan ikimərtəbəli mebel mağazasının fasad üzlüyü (alkapondan ibarət) 80 m² sahədə yanıb, yüksək temperaturdan 2-ci mərtəbəsində eyvanın lambirindən ibarət üzlüyü 20 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.