AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ









Geri

18 iyun 2021-ci il saat 09:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1961-ci il təvəllüdlü Cahangirov Tehmir Namaz oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

18 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər azyaşlının liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər

Geri

18 iyun 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

18 iyun 2021-ci il saat 05:45-dək:

Xaçmaz rayonunda ümumi sahəsi 330 m² olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin (2-ci mərtəbəsi fəaliyyət göstərmir) 1-ci mərtəbəsinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunda ümumi sahəsi 40 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 iyun 2021-ci il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

18 iyun 2021-ci il saat 00:15-dək:

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilməmiş, 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 45 ha sahədə kol-kos yanıb. Digər ərazilərdə ümumilikdə, təqribən 10 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.