AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

Geri

FHN daha bir qanunsuz neft məhsulları satışının qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 55 ünvanında fərdi sahibkar Rzayev Sevindik Çoban oğlu tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Türkiyəli həmkarlarına başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikası ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkədən olan həmkarlarına – Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 130-cu km-liyində - Siyəzən rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu