AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ








Geri

FHN-in Akademiyasında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar və Xüsusi Təyinatlı Qüvvələrin mənsubları – qazilər Bəhruz Məmmədzadə, Vahab Nəhmətov iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin müavini polkovnik Aslan Hüseynov 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirib ki, 26 iyun 1918-ci ildə Milli Ordumuzun Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılması Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Sözügedən tarixin ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmanla Silahlı Qüvvələr Günü kimi hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdıran Akademiyanın rəis müavini qeyd edib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun formalaşdırılması Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Dahi dövlət xadimi Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusu formalaşıb. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Sonra tədbirdə çıxış edən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi Bəhruz Məmmədzadə tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. O, özünün və cəbhə yoldaşlarının İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıb.

Sonra Akademiyanın hərbi orkestrinin çıxışı ilə tədbirin bədii hissəsi davam edib.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib

8 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu...

Ardını oxu