AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ








Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələ və Ağdaşda taxıl sahələrində maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Qəbələ və Ağdaş rayonları ərazisində yerləşən taxıl sahələrində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Maarifləndirmə tədbirlərində FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Qəbələ və Ağdaş Rayon İcra hakimiyyətlərinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqrolizinq” MMC-nin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, habelə sözügedən rayonların inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən kövşən sahələrin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, maarifləndirmə tədbirlərində kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, göstərilən mövzuda silsilə xarakterli tədbirlər digər rayonlarda da keçirilir.

 

 

Digər məlumatlar

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Şimal-qərb regional mərkəzinin ərazisində yerləşən hərbi hissəsində növbəti yoxlama tədbirləri həyata keçirilib

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu