AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Tədbirdə istehsal sahələrində yanğın təhlükəsizliyi normaları, həmçinin adıçəkilən obyektdə yanğına qarşı tələblər barədə məlumat verilib.
Bundan başqa, müəssisə ərazisinin istifadəsiz tullantılardan mütəmadi təmizlənməsinin, yanğınxəbərverici siqnalizasiya qurğularının və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb, eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əməkdaşlara əyani şəkildə izah edilib.
16-20 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...
Ardını oxu