AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ






Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Volkova Raya Vasilyevnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Eləcə də güclü yağışlar nəticəsində Balakən rayonunun Kortala kəndində həyətyanı sahələrə dolmuş su Nazirliyin müvafiq qüvvələri tərəfindən kənarlaşdırılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu