AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ






Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 nömrəli bölməsində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Yasamal rayon 16 nömrəli Şəhər Poliklinikasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzində, 4 nömrəli Uşaq Somatik Sanatoriyasında, Şağan Müalicə Pansionatında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər Uşaq Stomatoloji Poliklinikasında, Yeni Gəncə Tibb Mərkəzində, Akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində və Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şəki Əlillərin Regional Bərpa Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə dəm qazı təhlükəsi, məişətdə yanğın təhlükəsizliyi, odsöndürənlərdən istifadə qaydası mövzularında çıxışlar edilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin, adıçəkilən obyektlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu