AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib. 08 dekabr 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 08 dekabr 2022-ci il


Qarşıdan hər kəsin böyük sevinclə qeyd etdiyi Yeni il bayramı gəlir. 08 dekabr 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə...

Ümumi məlumat


5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

 

İlk yardım

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Mühafizə

Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.

Nəticələrinin aradan qaldırılması

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Rəhbərlik haqqında məlumat


Etibar Rəsul oğlu İsmayılov

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor.

01.05.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib.
Ailəlidir. 2 övladı var.

Asif Eltufat oğlu Məmmədli

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini- qərargah rəisi, polkovnik.

2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Zeynalov Raul Süleyman oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, general-mayor.

24.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.