FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir.

Bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Azərpambıq ASK" MMC-nin Goranboy pambıq tədarükü məntəqəsində, "MKT İK" MMC-nin Zərdab, "MKT İstehsalat Kommersiya" MMC-nin Ağdam filiallarında və "Kürdəmir Pambıq" ASC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 36 (720) - 2021-10-16


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)