ABŞ mütəxəssisləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün seminar keçirib

Sentyabrın 7-dən 9-dək Bakı şəhərində ABŞ Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) təşkilatçılığı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün "Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə Birgə Təhlükəsiz Əməkdaşlıq Proqramı" çərçivəsində seminar təşkil edilib.

Tədbirin açılış mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev seminarın əhəmiyyətindən danışıb. Natiq tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verib.

Sonra çıxış edən ABŞ Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin baş analitiki Robert Kvinn seminar haqqında geniş məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) sahəsində təcrübə mübadiləsinin aparılması və biliklərin artırılmasıdır.

Sonra seminar öz işinə başlayıb. Seminar zamanı iştirakçılar müvafiq təqdimatları izləyib, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və fəsadlarının idarə olunmasına dair təlim və müzakirələrə cəlb olunublar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 36 (720) - 2021-10-16


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)