SƏNİNLƏYİK, TÜRKİYƏ! (video)

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri ən yüksək səviyyədədir. Bu qardaşlıq tarixin bütün sınaqlarından çıxaraq davam edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, bir-birinə bağlı olan dövlətlər bəlkə də yoxdur.

Türkiyə Azərbaycanın uğurlarına sevindiyi, acılarına kədərləndiyi qədər, biz də eynilə Türkiyənin sevinc və kədərini öz sevinc və kədərimiz bilirik. Hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində regionda və dünyada Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Bu qardaşlığın bir bariz nümunəsini də iyulun 28-də Türkiyədə baş verən meşə yanğınları zamanı bir daha gördük. Prezident İlham Əliyev qardaş ölkənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə etdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasına göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında fədakarlıqla mübarizəyə başladılar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin yanğın bölgəsində 743 şəxsi həyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi fəaliyyət göstərib.

A­zər­bay­can FHN-in qüv­və­lə­ri Tür­ki­yə­də yan­ğın­la­rın sön­dü­rül­mə­si əmə­liy­yat­la­rı­nı uğur­la da­vam et­di­rib­lər 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdiriblər.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 7-də Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.

E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.

Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə, həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilib.

 

Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri

 Türkiyədə meşə yanğınlarının söndürülməsində

peşəkarlıq nümunəsi göstəriblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdiriblər.

Xəbər verildiyi kimi, avqustun 5-də Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.

Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.

Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.

Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200 ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.

 

Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin

yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdiriblər.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 9-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdiyini, yaralıların tezliklə şəfa tapmasını arzuladığını xatırladıb.

Sonra nazir müavini ölkə başçısının tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, yanğınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yanğından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib. Qeyd edib ki, əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. Eyni zamanda yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.

General-leytenant Etibar Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.

Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına qarşı aparılan əməliyyatlarda yerli qüvvələrlə birgə uğurla iştirak ediblər.

Meşə yanğınları ilə mübarizədə effektivliyi artırmaq məqsədilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) nəzdində Muğla vilayətinin Marmaris rayonunda regional Fəlakət və Təcili İdarəetmə Mərkəzi yaradılıb.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Mərkəzin avqustun 10-da keçirilən xüsusi iclasında iştirak edib. 26 işçi qrupun fəaliyyət göstərdiyi Fəlakət və Təcili İdarəetmə Mərkəzinin toplantısında Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Muğla valisi Orxan Tavlı, Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Fatma Betül Sayan Kaya, Muğladan olan millət vəkillləri Yelda Erol Gökcan və Mehmet Yavuz Demir və digər şəxslər iştirak ediblər.

Toplantıda Mərkəzə cəlb edilmiş qrupların fəaliyyəti, bölgədəki meşə yanğınları ilə mübarizə istiqamətində görülən işlər, əməliyyatlarda istifadə edilən texniki vasitələr, həmçinin xilasetmə və təxliyyə sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki yanğın nöqtələrindəki fədakar fəaliyyəti yüksək qiymətləndirilib və gələcəkdə bu istiqamətdə görülə biləcək birgə işlər müzakirə edilib.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev öz növbəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində aparılan birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycandan olan yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki həmkarları ilə birlikdə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini və bu istiqamətdə yorulmadan çalışdıqlarını deyib.

Tədbirin sonunda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

FHN-in qüvvələri Türkiyədə baş vermiş meşə yanğınları ilə əlaqədar bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz

tədbirlər çərçivəsində gecə saatlarında da mübarizə aparıblar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri avqustun 11-də meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdiriblər.

Belə ki, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar. Bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.

Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Bundan başqa, Köycegiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində 6 dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.

 

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstəriblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdiriblər.

Belə ki, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köycegiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.

Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib. FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstəriblər.

 

FHN qüvvələrinin fəaliyyət göstərdiyi Türkiyənin Muğla vilayətindəki meşə yanğınları tam söndürülüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarda uğurlu fəaliyyətlərini davam etdiriblər.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 13 avqust 2021-ci il tarixində Muğlada jurnalistlər üçün mətbuat konfransı keçirib.

Konfransda, nazir müavini ölkə başçısının qardaş Türkiyə Respublikasına göndərilən Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu tapşırığın yerinə yetirildiyini və rəsmi olaraq Muğla vilayətində meşə yanğınlarının tam söndürüldüyünü bəyan edib.

Nazir müavini meşə yanğınları ilə mübarizə apardıqları müddətdə onlara göstərilən diqqətə və isti münasibətə görə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.

E.Mirzəyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərində, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni səhifə açılıb və inkişaf etdirilir.

Yanğınların söndürülməsi, yayılmasının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və soyutma əməliyyatlarının yerli qüvvələrlə birgə koordinasiyalı şəkildə həyata keçirildiyini qeyd edən nazir müavini, Azərbaycan FHN-in qüvvələrinin fəaliyyət göstərdiyi bölgə və məntəqələr haqqında ətrafllı məlumat verib. Etibar Mİrzəyev strateji əhəmiyyət daşıyan Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında hazırda da növbəli xidmət aparıldığını diqqətə çatdırıb. E.Mirzəyev xatırladıb ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin əsas məqsədi strateji əhəmiyyətli məntəqələrin və əhali məskunlaşmış ərazilərin yanğından mühafizəsini təşkil etmək, yanğınların genişlənməsinin qarşısını almaqla, onları lokallaşdırarq söndürmək olub.

Nazir müavini bildirib ki, yanğın bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi fəaliyyət göstərib.

Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən, FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.

Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobilinin ərazidə növbədə olduğunu qeyd edən general-leytenant Etibar Mirzəyev bildirib ki, bazar günü heç bir hadisə baş verməzsə, bu qüvvələrin bazalara çəkiləcəyi, bütün avtomobillərin, texnikaların texniki baxışdan keçiriləcəyi və bundan sonra Vətənə qayıdacaqları gözlənilir.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

 

 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 40 (724) - 2021-11-13


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)