Nazir Kəmaləddin Heydərov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb

Aprelin 14-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Nazir Kəmaləddin Heydərov səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini qeyd edib, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.

Səfir Erkan Özoral səmimi görüşə görə təşəkkür edib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 17 (701) - 2021-05-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)