Uşağınız qapı arxasında qalıbsa...

Mənzildən çıxarkən qapının çırpılıb örtülməsi, bəzən isə evdə qalan azyaşlı uşağın qıfılı bağlayıb qapını aça bilməməsi hadisəsi ilə bir çoxlarımız   rastlaşmışıq. Bu kimi hadisələr vəziyyətdən tez bir zamanda çıxış yolu tapılmasını tələb edir.

Belə bir situasiya ilə qarşılaşmısınızsa həyəcanlanmayın, özünüzü ələ almağa çalışın.

- İlk növbədə ailə üzvlərindən  kimdə açarın surətinin olduğunu xatırlamağa çalışın və onunla əlaqə saxlayın. Telefon olmadıqda zəng  üçün qonşulara müraciət edin.

- Əgər qapının qıfılı sadədirsə, qonşuluqda isə bu problemi həll edə biləcək  usta  varsa, ona müraciət edin.

- Kömək üçün xilasedicilərə müraciət edirsinizsə,  zəng edərkən yaranmış vəziyyəti  dəqiq və sakit halda  izah etməyə çalışın. Mənzildə qalan uşaq və ya digər təhlükəli faktorlar (qazla, elektriklə bağlı) barədə onlara  məlumat verin. Sizə yönəldilən  sualları dəqiq və aydın cavablandırın.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 14 (698) - 2021-04-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)