Назад

31 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan restoranın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və çardağa yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan 3 otaqlı mənzildə tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 15:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Osmanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində ümumi sahəsi 90 kv.m olan 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 36 kv.m sahədə yanmışdır. Yanğın saat 07:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşlara xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 08:12-də başa çatmışdır.