Назад

28 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə hinin yanar konstruksiyaları 4 kv.m sahədə, həmin həyətyanı sahənin çəpərinin 4 p.m hissəsi və yaxınlıqdakı qamışlıq 100 kv.m sahədə yanmışdır. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda “VAZ” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:24-də başa çatmışdır;

Quba şəhərində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində ümumi sahəsi 75 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin çardağının yanar konstruksiyaları yanmışdır. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.