Назад

26 may 2011-ci il, saat 11:00-dək

Respublika ərazisində müşahidə olunan yağışlı hava şəraiti Zərdab, Kürdəmir, Saatlı, İmişli və Sabirabad rayonlarında bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolmasına səbəb olmuşdur. Yağış sularının çəkilməsi məqsədilə Nazirliyin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunmuşdur. Yaranmış vəziyyətlə əlaqədar lazımi tədbirlərin görülməsi davam edir;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın saat 09:51- də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində ümumi sahəsi 28 kv.m olan 1 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları və həmin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.