Назад

23 may 2011-ci il, saat 09:00-dək

Samux rayonu, Bağbanlar kəndində (rayon mərkəzindən 9 km aralı) ümumi sahəsi 72 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "QAZel" və "QAZ" markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "QAZel" markalı yük avtomobilinin sürücüsü İsmayılov Tahir Xətai oğlu və sərnişin İsmayılov Ayaz Oqtay oğlu həlak olmuş, digər sərnişin isə yaralanmışdır. Xilasedicilər yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş, T.İsmayılovun və A.İmayılovun cəsədlərini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:32-də başa çatmışdır.