Назад

22 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində vətəndaşın vəfat etdiyi məlum olmuşdur. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir Əməliyyat saat 10:37-də başa çatmışdır;

Ağcabədi şəhərində vətəndaşa məxsus həyətyanı sahənin çəpərinin 25 p.m hissəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:26-da başa çatmışdır;

İsmayıllı rayonu, Topçu kəndində (rayon mərkəzindən 15 km aralı) "LEXUS" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:05-də başa çatmışdır.