Назад

20 may 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşlara xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 10:27-də başa çatmışdır;

Abşeron rayonunda, Bakı-Quba avtomobil yolunun 11-ci kilometrliyində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:47-də başa çatmışdır; 

Quba şəhərində ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:07-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:56-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda "Tofaş" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:25-də başa çatmışdır; 

Bakı şəhəri, Nizami rayonunda "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:30-da başa çatmışdır; 

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinə yığılmış taxta tullantıları və təkər 5 kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər mənzilləri yanğından mühafizə etmişlər. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.