Назад

29 aprel 2011-ci il, saat 09:00-dək

Tovuz rayonu, Düzqırıqlı kəndində ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 12 kv.m sahədə yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda “Volkswagen” və “VAZ” markal 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobillərdə olan şəxslər yaralanmışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:58-də başa çatmışdır; 

Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, 2-ci Şahsevən kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 140 kv.m sahədə yanmışdır. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.