Назад

24 aprel 2011-ci il, saat 09:00-dək

 Abşeron rayonu, Saray qəsəbəsində ümumi sahəsi 150 kv.m olan 8 otaqlı fərdi evdə mətbəxin yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:25-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda ətrafa  dağılmış neft məhsulları 50 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı neft kəmərləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Bayan kəndində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 146 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 84 kv.m sahədə yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı İqtisad Universitetinin yataqxana binasının 2-ci mərtəbəsində dəhlizin yanar konstruksiyaları, oraya yığılmış əşyalar 8 kv.m sahədə və elektrik lövhəsi yanmışdır. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına elektrik lövhəsində yaranmış qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Xəzər rayonunda “QAZ” və “Azsamand” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobillərdə olan 4 nəfər yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:45-də başa çatmışdır; 

Bakı şəhəri, Xəzər rayonunda “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsideformasiyaya uğramış, həmin avtomobildə olan 1 nəfər yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilərərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:32-də başa çatmışdır; 

Masallı rayonu, Bədəlan kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan anbarın yanar konstruksiyaları və anbara yığılmış tikinti materialları qismən yanmışdır. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.