Назад

25 sentyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qazıntı işləri aparılarkən döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmışlar. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, aşkarlanmış sursatlar istifadə üçün yararlı
1 ədəd 75mm-lik top mərmisi və istifadə üçün yararsız 1 ədəd 120mm-lik döyüş başlığı olmayan top mərmisidir. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:40-da başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:49-da başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır;

Ağstafa rayonu, Qırlı kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq onun qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxması üçün şərait yaratmışlar. Əməliyyat saat 21:39-da başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə dördmərtəbəli yaşayış binasının
3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da xilasedicilər tərəfindən zərərçəkmişlərə müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 23:53-də başa çatmışdır;

Ağcabədi rayonu, Yeni Qaralar kəndində (rayon mərkəzindən 26km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının
7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 16kv.m. sahədə yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yuxarı mərtəbələrdən 10 nəfər sakini təxliyyə etmişlər. Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Nurlu kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.