Назад

18 iyun 2010-cu il, saat 18:00-dək

Füzuli rayonu Alıxanlı kəndində (rayon mərkəzindən 22km aralı) quru ot və kol-kos 6ha sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Назад

18 iyun 2010-cu il, saat 09:00-dək

Şirvan şəhərində Qarasu Əməliyyat Şirkətinə məxsus ərazidə quru ot 10ha sahədə yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Ünəç kəndində (rayon mərkəzindən 6km aralı) həyətyanı sahədə 500kq ot bağlaması yanmışdır. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Buruş kəndində (rayon mərkəzindən 5km aralı) həyətyanı sahədə 750kq ot bağlaması yanmışdır. Yanğın saat 17:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Samur kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları və çardağa yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus şadlıq evinin ümumi sahəsi  30kv.m. olan köməkçi otağında dam örtüyünün yanar konstruksiyaları, köməkçi otağın içərisində olan 2 ədəd işıq generatoru və şadlıq evində tavanın yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16 iyun 2010-cu il tarixində Şirvan kanalının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Əhməd Ramiz oğlu Əhmədovun axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Ə.Əhmədovun cəsədini batdığı yerdən 800m aralıda suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:15-də başa çatmışdır;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 30km aralı) həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə balıqçı qayığının çevrilməsi nəticəsində 5 nəfər suda boğulma təhlükəsi ilə üzləşmişdir. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 4 balıqçını xilas etmiş, 1 nəfərin isə cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 20:14-də başa çatmışdır;

Lənkəran rayonu, Kosalar kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə və həmin tövlənin içərisinə yığılmış 2,5 ton ot  bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində uşaq  mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:25-də başa çatmışdır;

Yevlax rayonu, Ərəş kəndində ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 88kv.m. sahədə yanmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Qəmərvan kəndində (rayon mərkəzindən 25km aralı) Təhsil Nazirliyinə məxsus hazırda istifadə olunmayan ümumi sahəsi 200kv.m. olan birmərtəbəli 8 otaqlı orta məktəbin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan vətəndaşın liftdən çıxmasına şırait yaratmışlar. Əməliyyat saat 07:20-də başa çatmışdır.