Quba rayonu, Dağlı kəndində (rayon mərkəzindən 10km aralı) həyətyanı sahədə 350kq ot bağlaması yanmışdır. Yanğın saat 09:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Astara şəhərində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 36kv.m. olan köməkçi tikilidə çardağın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Göygöl rayonu, Quşqara kəndində Quşqara Kənd Bələdiyyəsinə məxsus ərazidə quru ot 1ha sahədə yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzində 10km aralı) Uzuntəpə Kənd Bələdiyyəsinə məxsus ərazidə quru ot 1ha sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhərində quru ot 1ha sahədə yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə rayonu, Qırmızı Samux kəndində (rayon mərkəzindən 17km aralı) həyətyanı sahədə 30ton ot bağlaması yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda Bakı Dövlət Universitetinin doqquzmərtəbəli yataqxana binasının damında lift şaxtasında taxta qırıntıları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan rayonu Xıdırlı kəndi ərazisində batmış 1996-cı il təvəllüdlü Fərhad Polad oğlu Muradovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sahildən 70m aralıda sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:35-də başa çatmışdır;
Şirvan kanalının Şirvan şəhərinin ərazisindən keçən nəzarət olunmayan hissəsində batdığı ehtimal olunan bir nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılır;
Abşeron rayonu ərazisində dənizdə çimərkən batma təhlükəsilə üzləşmiş bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən saat 19:05-də xilas edilmişdir;
Gəncə şəhəri, Kəpəz rayonunda yol kənarında quru ot 5ha sahədə yanmışdır. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, 2-ci Zabucuq qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 2ton ot bağlaması və qonşuluqda olan həyətyanı sahənin çəpəri 10p.m. uzunluqda yanmışdır. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonu, Yuxarı Ovşar kəndində (rayon mərkəzindən 14km aralı) həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qobustan rayonunda Bakı-Qazax yolunun 105-ci kilometrliyində yol kənarında quru ot 3ha sahədə yanmışdır. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış, gərgin psixoloji vəziyyətdə olan vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:21-də başa çatmışdır;
Zərdab rayonu, Birinci Alıcanlı kəndində (rayon mərkəzindən 20km aralı) həyətyanı sahədə 6 ton ot bağlaması, traktorun 2 qoşqusunun hər birinə yığılmış 3 ton ot bağlaması və qoşquların təkərləri yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Nurlu kəndində (rayon mərkəzindən 12km aralı) həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Hacıqabul şəhərində ümumi sahəsi 135kv.m. olan 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 85kv.m. sahədə və dam örtüyünün yanar konstruksiyaları 135kv.m. sahədə yanmışdır. Yanğın saat 05:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.