Назад

15 iyun 2010-cu il, saat 09:00-dək

Lənkəran rayonu, Girdən qəsəbəsində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan tövlənin yanar konstruksiyaları və orada olan 1,6  ton ot bağlaması yanmışdır. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1941-ci il təvəllüdlü Xalidə Aslan qızı Rüstəmova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı X.Rüstəmovanın vəfat etdiyi müəyyən olunmuşdur. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:47-da başa çatmışdır;

Göyçay rayonu, Mirzəhüseynli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evdə yumşaq mebel dəsti yanmış, ev sahibinin oğlu yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 12:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24kv.m. olan hinin yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Zoğallıq kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan tövlənin yanar konstruksiyaları 20kv.m. sahədə  və həmin tövlənin üstünə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Piyadalar kəndində (rayon mərkəzindən 20km aralı) həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Goran qəsəbəsində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 22kv.m. olan tövlənin yanar konstruksiyaları və orada olan 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Azərsun" şirkətinin ərazisində quru ot 2ha sahədə yanmışdır. Yanğın saat 15:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Qurban Əfəndi kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində vətəndaşa məxsus avtomobil təmiri sexində "Kamaz" markalı yük avtomobilinin təkərləri yanmışdır. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Bakı-Sumqayıt yolunda "Hyundai" markalı minik avtoboli ilə yük avtomobili toqquşmuş və yolayırıcı lövhələrə dəymişdir. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:19-da başa çatmışdır;

Zaqatala rayonu, Çökək kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16kv.m. olan tövlənin yanar konstruksiyaları tamamilə yanmışdır. Bir baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində bir nəfərin çimərkən batması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1990-cı il təvəllüdlü Rəis Arif oğlu Güləliyevin cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əmliyyat saat 18:00-da başa çatmışdır;

Neftçala rayonu, Köhnə Trest qəsəbəsində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda kol-kos 3,5ha sahədə yanmışdır. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Daşkəsən-Gəncə yolunun 15-ci kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 600kv.m. olan istirahət və əyləncə mərkəzinin yanar konstruksiyaları 150kv.m. sahədə yanmışdır. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 18kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 35kv.m. sahədə və həmin evə bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan digər fərdi evin yanar konstruksiyaları 7kv.m. sahədə  yanmışdır. Yanğın saat 06:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhəri ərazisində dənizin nəzarət olunmayan hissəsində bir nəfərin çimərkən batması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1986-cı il təvəllüdlü Rəhman Məmmədiyyə oğlu İbrahimovun cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əmliyyat saat 08:00-da başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş beş nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.