Ağcabədi rayonu, Harami düzündə (rayon mərkəzindən 48km aralı) biçilməmiş taxıl 2ha sahədə və quru ot 3ha sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonu, Sarvanlar kəndində (rayon mərkəzindən 40km aralı) traktorun qoşqusuna yığılmış 4ton ot tayası və ümumi sahəsi 28kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 8kv.m. sahədə yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Muradxanlı qəsəsəbəsində yolun kənarında quru ot 0,5ha sahədə yanmışdır. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 31km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Neftçala rayonu, Aşağı Surra kəndində (rayon mərkəzindən 36km aralı) vətəndaşa məxsus ərazidə biçilməmiş taxıl 1,5ha sahədə, digər vətəndaşa məxsus ərazidə biçilməmiş taxıl 1ha sahədə və kol-kos 2,5ha sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Bərişad kəndində (rayon mərkəzindən 48km aralı) vətəndaşa məxsus mal-qaranın saxlanılması üçün nəzərdə tutulmuş qazmaların (torpaqda qazılmış tövlə) üst örtüyünün yanar konstruksiyaları 126kv.m. sahədə və ətrafda olan quru ot 300kv.m. sahədə yanmışdır. Yanğın saat 21.12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.