Назад

12 iyun 2010-cu il, saat 17:50-dək

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Dəmir Yol İdarəsinə məxsus yeni inşa edilən obyektdə partlamamış hərbi sursatların aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursatlara baxış keçirmiş və onların 6 ədəd 100mm, 1 ədəd 122 mm, 1 ədəd 85mm, 1 ədəd 120mm, 3 ədəd 155mm top mərmiləri, 1 ədəd TM57 tank əleyhinə mina, 1 ədəd 100mm naməlum partlayış təhlükəli əşya olduğu müəyyən edilmişdir. Qeyd olunan hərbi sursatlar aidiyyəti üzrə təhvil verilmişdir. Mütəxəsisslər əraziyə təkrar baxış keçirmiş və heç bir digər partlayıcı və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 15:10-da başa çatmışdır.
Назад

12 iyun 2010-cu il, saat 16:00-dək

Yevlax rayonu, Aşağı Bucaq kəndində vətəndaşa məxsus biçilməmiş 50kv.m. və biçilmiş 160kv.m. taxıl sahəsi yanmışdır. Əkin sahəsinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Talış kəndində həyətyanı sahədə 800kq ot tayası yanmışdır. Yanğın saat 11:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Назад

12 iyun 2010-cu il, saat 09:00-dək

Goranboy rayonu, Veysəli kəndində (rayon mərkəzindən 8km aralı) həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus istehsalat bazasında taxta məmulatları 250kv.m. sahədə və quru ot 3ha sahədə yanmışdır. Yanğın saat
15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Qaradağlı qəsəbəsində Qaradağlı Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə kol-kos 3ha sahədə yanmışdır. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus İstehsal İstehlak Kooperativinin ərazisində ümumi sahəsi 4kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Ona bitişik anbar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ticarət anbarının zirzəmisində yanğının baş verməsi və orada olan bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan həmin şəxs anbarın zirzəmisində məişət tullantılarını yandıraraq intihara təşəbbüs göstərir. Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görmüş, yanğını söndürmüş, daha sonra intihar etmək istəyən vətəndaşla psixoloji söhbət aparmış və onu bu addımdan çəkindirmişlər. Xilas olunmuş şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:14-də başa çatmışdır;

Salyan rayonu, Daykənd kəndində Daykənd Kənd Bələdiyyəsinə məxsus ərazidə  biçilmiş taxıl 4ha sahədə yanmışdır. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Abasalılı kəndində (rayon mərkəzindən 38km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda kol-kos 1000ha sahədə yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq qəsəbəsində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "VAZ", "Hyundai" , "Volksvagen" və "QAZ" markalı 4 minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, 3 sürücü həlak olmuş, 1 sürücü və 2 sərnişin isə yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:49-da başa çatmışdır;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə endirmiş və gərgin psixoloji vəziyyətdə olan vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:45-də başa çatmışdır;

Zərdab rayonu, 2-ci Alıcanlı kəndində (rayon mərkəzindən 25km aralı) həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80kv.m. olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 15kv.m. sahədə yanmışdır. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" və "QAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin və "QAZ" markalı avtomobilin sürücüsü avtomobillərdə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə həmin şəxsləri avtomobillərdən çıxarmış və onlara ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:41-də başa çatmışdır.