Назад

28 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-cı mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və orada gərgin psixoloji vəziyyətdə olan vətəndaşı liftdən çıxararaq aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 17:20-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:20-də başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan çayxanada dam örtüyünün yanar konstruksiyaları 90kv.m. sahədə yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Əliabad kəndində (rayon mərkəzindən 34km aralı) həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Gecəgözlü kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Xələfəli kəndində (rayon mərkəzindən 23km aralı) vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin qoşqusuna yığılmış
4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Mirili kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ümumi sahəsi 117kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan ərzaq mağazasının yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 07:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.