Назад

26 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 52kv.m. olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 45kv.m. sahədə yanmışdır. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Çuxanlı kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli 9 otaqlı fərdi evdə 1 otağa yığılmış ev əşyaları 35kv.m. sahədə yanmışdır. Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Kamaz" markalı beton qarışdıran avtomobilin kabinə hissəsi yanmışdır. Yanğın saat 22:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda bağlı qapı arxasında azyaşlı uşağın qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə
12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki qonşu mənzilin eyvanından keçərək həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum olmuşdur. Əməliyyat saat 01:02-də başa çatmışdır.