27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri, eyni zamanda, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Torpaq sürüşməsi nəticəsində torpaq altında qalmış evin dağıntıları altından 5 nəfərin cəsədi çıxarılmışdır. 1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədovun və 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədovanın cəsədləri yerli sakinlər, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədovanın, 1990-cı il təvəllüdlü Jalə Əkbər qızı Məmmədovanın və 2010-cu il təvəllüdlü Vüsalə Oqtay qızı Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılmışdır. Əməliyyat saat 15:29-da başa çatmışdır
27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olmuşdur. Ə.Məmmədovun və N.Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilmişdir.