Назад

17 aprel 2010-cu il, saat 13:40-dək

Sumqayıt şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış biasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə nazarətsiz qalmış uzaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:56-da başa çatmışdır. 

Назад

17 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda bir neçə nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, kirənişinlər mənzil sahibi tərəfindən giriş qapısının dəfələrlə döyülməsinə və edilən telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 2-ci mərtəbədəki həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman içəridə heç kimin olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 15:22-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə səkkizmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:16-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobilində mühərrikin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.