Назад

16 aprel 2010-cu il, saat 14:20-dək

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus ümumi sahəsi 117kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evdə tavanın və çardağın yanar konstruksiyaları 50kv.m. sahədə, həmçinin, ev əşyaları qismən yanmışdır. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xırdalan şəhərində 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:17-də başa çatmışdır.

Назад

16 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda yaşlı qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Vətəndaş mənzildə xəstə vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:01-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:00-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından keçərək həmin mənzilə pəncərədən daxil olmuşlar. Vətəndaş mənzildə xəstə vəziyyətdə aşkarlanmışdır. O, xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:10-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "Range Rover" və "Daewoo" markalı iki avtomobil toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Daewoo" markalı minik avtomobilinin sürücüsü yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə zərərçəkmişi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:28-də başa çatmışdır.