Назад

27 fevral 2010-cu il, saat 09:00-dək

Hacıqabul şəhərində Hacıqabul Rayon Bələdiyyəsinin ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tavanın yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 14km məsafədə) ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 30kv.m. sahədə, habelə otaqlardan birinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları ümumilikdə 16kv.m. sahədə yanmışdır. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55kv.m. olan 3 otaqlı mənzilin hamamında tavanın yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 2 uşaq giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış zərərçəkmişlər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:27-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yol-nəqliyyat qəzası səbəb olmuşdur.