Назад

09 Aprel 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Nizami rayonunda, neft emalı zavodunun sexində ümumi sahəsi 1600 kv.m. olan (4 mərtəbəli) suyun neftdən təmizlənməsi qurğusunda neft qalıqları və taxta tullantılar 1000 kv.m. sahədə, həmçinin, ümumi sahəsi 2500 kv.m. olan neft yığma məntəqəsində neft qalıqları 500 kv.m. sahədə yanmışdır. Neft yığma məntəqəsi, suyun neftdən təmizlənmə qurğusunun qalan hissəsi və yaxınlıqdakı digər texnoloji qurğular yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunda, ümumi sahəsi 160 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları 106 kv.m. sahədə yanmışdır. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

09 Aprel 2009-cu il, saat 09:00-dək

Gədəbəy rayonunda, ümumi sahəsi 700 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 200 kv.m. sahədə  yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda, ümumi sahəsi 1000 kv.m. olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m. sahədə yanmışdır. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;