Bakı şəhəri, Xətai rayonunda, ümumi sahəsi 20 kv.m. olan 1 mərtəbəli fərdiyaşayış evində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış ev sahibi xəstəxanaya yola salınmış, partlayış nəticəsində evin dam örtüyünün 20 kv.m. sahəsi çökmüş, yük daşıyıcı divarlar dağılmışdır. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış və digər təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 09:27-də başa çatmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;
Bakı şəhəri, Binəqədi rayonunda, ümumi sahəsi 1500 kv.m. olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m. sahədə yanmışdır. Sexdə olan 1500 quş yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.