Назад

02 Aprel 2009-cu il, saat 10:00-dək

Gədəbəy rayonunda, ümumi sahəsi 104 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda bir yeniyetmə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraiti qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından 4-cü mərtəbəyə enərək həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən yeniyetmə yuxulu vəziyyətdə aşkarlanmışdır. Xilasetmə əməliyyatı saat 19:14-də başa çatmışdır;

Gəncə şəhəri, Gəncə-Bakı yolunun 12 km. "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı avtobus dayanacağına çırpılmışdır. Nəticədə avtomobilin yanar hissələri yanmışdır. Yanğın saat 21:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı avtomobilin sürücüsü - 1976-cı il təvəllüdlü Vüsal Yaqub oğlu Məmmədov, sərnişinlər - 1974-ci il təvəllüdlü Arif Qələndər oğlu Əşrəfov, 1982-ci il təvəllüdlü Anar Qələndər oğlu Əşrəfov və 1976-cı il təvəllüdlü Musa Niyaz oğlu Əskərovun yanmış cəsədləri aşkarlanmışdır;

İmişli rayonunda, qazdoldurma məntəqəsinin ərazisində "ZİL" markalı, 8 ton tutumlu, maye qaz daşıyan yük avtomobilində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Partlayış nəticəsində yük avtomobilinin sürücüsü - 1979-cu il təvəllüdlü Saday Misirxan oğlu Nadirov aldığı bədən xəsarətlərindən hadisə yerində həlak olmuş, avtomobildə olan yanacaq ətrafa dağılmış, yanacaqdoldurma məntəqəsinin 1 otağının arakəsmə divarları, qapı və pəncərələri, məntəqənin həyətində yerləşən və tutumu 20 ton olan qaz çənlərinin üst qapaqları uçmuşdur. Faktla əlaqədar müvafiq dövlət orqanları təhqiqat aparır.