Назад

15 Aprel 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Nəsimi rayonunada yaşlı bir kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər mənzilin qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1949-cu il təvəllüdlü Vladimir Vasiliyeviç Ustinski döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri onun vəfat etdiyini müəyyənləşdirmişlər. Əməliyyat saat 17:35-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda, ümumi sahəsi 100 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin 60 kv.m. sahəsi ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonunda, ticarət mərkəzində, ümumi sahəsi 95 kv.m. olan yeməkxananın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda, "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşaraq deformasiyaya uğramışlar. Xilasedicilər müxtəlif dərəcəli bədən xəsarətləri almış və avtomobildə sıxılmış vəziyyətdə qalmış "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq, ona ilkin tibbi yardım göstərmişlər. Həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmülmüşdür. Xilasetmə əməliyyatı saat 22:13-də başa çatmışdır
Назад

15 Aprel 2009-cu il, saat 14:00-dək

Masallı rayonunda, ümumi sahəsi 136 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin 40 kv.m. sahasi ev əşyaları ilə birlikdə və dam örtüyünün 45 kv.m. sahəsi yanmışdır. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonunda, ümumi sahəsi 112 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin dam örtüyü 112 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;